
«İnjuria» hüquq jurnalı ilə müsahibədə Amid Əsgərov peşə yolundan, vəkillik praktikasında rastlaşdığı problemlərdən və gənc həmkarlarına tövsiyələrindən danışıb.
Müsahibənin əsas mövzuları:
- vəkil sorğularının cavablandırılması problemi və onun həlli yolları;
- mütləq və nisbi etibarsız əqdlər arasındakı fərq;
- əsassız vəsatətlərə görə cərimə ilə bağlı Mülki Prosessual Məcəlləyə edilmiş dəyişiklik;
- işdə risklərə münasibət və gənc vəkillərə tövsiyələr.
Vəkil mütləq qaydada davamlı olaraq oxumalı, qanunvericiliyi və müxtəlif məhkəmə qərarlarını araşdırmalı və özünü inkişaf etdirməlidir.
Müsahibənin tam mətni jurnalın saytında dərc olunub.