
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən seminarda əmanətlərin sığortalanması, kapital bazarları, qiymətli kağızlar, rəqəmsal ödənişlər və milli pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə mövzuları müzakirə olunub. Tədbirin yekununda iştirakçılara sertifikat təqdim olunub.