Preambula
Biz müştərilərimizin, tərəfdaşlarımızın, partnyorlarımızın həmçinin veb saytımız vasitəsilə bizə məlumatlarını təqdim edən istifadəçilərimizin məxfiliyinin qorunması üçün bütün lazımı tədbirləri görürük. Müştərilərimizə göstərilən xidmətlər İnformasiya Təhlükəsizliyinə dair Beynəlxalq Standartlarına və Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlarına və digər hüquqi normativ aktlarlna uyğun həyata keçirilir.
Məlumatların Toplanması
Biz veb sayt və elektron poçt vasitəsilə istifadəçilərin könüllü olaraq daxil etdiyi və göndərdiyi aşağıdakı müxtəlif məlumatları toplaya bilərik:
1. Müraciət formalarına daxil edilən məlumatları
2. Onlayn əlaqə formalarına daxil edilən məlumatları
3. Elektron poçt vasitəsilə göndərilən sənədləri və məlumatları
Məlumatların İstifadəsi
Biz topladığımız məlumatları istifadəçilərin müraciətlərinin və suallarının təhlili və cavablandırılması, məsələlərin həllinə dair xidmətlərin göstərilməsi, əməkdaşlıq, istifadəçiyə yeniliklərin və xəbərlərin göndərilməsi üçün istifadə edə bilərik. Bununla yanaşı, əldə olunan məlumatlar saytın idarə olunması və inkişafı, istifadəçi təcrübəsinin artırılması üçün təhlildə istifadə olunur.
Məlumatların Qorunması
Veb saytımız vasitəsilə toplanan məlumatlar qorunur və qanunla nəzərdə tutulmuş hallar istisna olaraq istifadəçilərin razılığı olmadan üçüncü şəxslərə satıla və ya ötürülə bilməz.
Linklər
Bizim veb saytda digər veb saytlara, mənbələrə və internet resurslara aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfilik siyasətinə görə məsuliyyət daşımırıq. Həmin resurslara keçid edərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı sizə məsləhət görürük. Bu qaydalar yalnız bizim saytda toplanılan məlumatlara şamil olunur.
01 Yanvar 2022-ci il