Məzmuna keç

Avropa İnsan Hüquqları Məhkəməsi üzrə HELP sertifikatı

Avropa Şurasının HELP proqramı çərçivəsində AİHM-ə müraciət qaydaları və qəbuledilənlik meyarları üzrə təlim.

Xəbər

Amid Əsgərov Avropa Şurasının HELP sertifikatını alır

Avropa İnsan Hüquqları Məhkəməsi «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmədir və Strasburqda yerləşir. Məhkəməyə hər il minlərlə şikayət daxil olur, lakin onların böyük əksəriyyəti qəbuledilənlik meyarlarına cavab vermədiyi üçün mahiyyəti üzrə baxılmır.

2019-cu ildə bir qrup vəkil Avropa Şurasının HELP proqramı çərçivəsində AİHM-ə müraciət qaydaları və qəbuledilənlik meyarları üzrə uzunmüddətli təlim keçib. Təlimi uğurla başa vuran vəkillərə, o cümlədən Amid Əsgərova HELP sertifikatı təqdim olunub.